RU
Nazirlikdən idarə rəisinin işdən çıxarılması ilə bağlı - Açıqlama
21:10
301

Nazirlikdən idarə rəisinin işdən çıxarılması ilə bağlı - Açıqlama

Mədəniyyət Nazirliyi Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevin vəzifəsindən azad edilməsinə münasibət bildirib.

Nazirlikdən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Namiz Əsəd oğlu Ağayev Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən kadr islahatlarının tərkib hissəsi olaraq yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

 

Qeyd edək ki, Nazim Ağayevin 10 min manatlıq yeyintiyə görə işdən çıxarılması ilə bağlı xəbərlər yayılmışdı. O isə təqaüdə çıxması ilə bağlı vəzifədən getdiyini bildirmişdi.

 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ