Abbas Əliyev açıqlama verib.
Siqaretin qiyməti tənzimlənən mal və xidmətlərin siyahısına daxil deyil. Ümumiyyətlə, tütün məhsullarının qiyməti bazarda tələb və təklif əsasında formalaşır.
Bu barədə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.
“Amma bununla belə, nazirlik süni qiymət artımı hallarına yol verilməməsi üçün istehlak bazarına nəzarət tədbirlərini davam etdirir”, - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün ölkə ərazisində siqaretlərin pərakəndə satış qiyməti artıb.
Bazarda böyük pay sahibi olan şirkətlərdən biri “Japan Tobacco International Baku”dan bildirilib ki, tütün məmulatlarının bahalaşmasına səbəb dolların real məzənnəsinin artımı ilə bağlıdır:
“Məlum olduğu kimi, tütün məmulatlarının istehsalı idxala bağlı olan prosesdir. Artıq uzun müddətdir davam edən dolların bahalaşması bu sahəyə təsir etməkdədir”.
7news.az








