RU
Nazirliyin 19 əməkdaşı işdən çıxarılaraq əvəzlənib
00:10
540

Nazirliyin 19 əməkdaşı işdən çıxarılaraq əvəzlənib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 19 əməkdaşı yaş həddinə görə işdən azad olunub.

7news.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevin ans press-ə verdiyi məlumata görə, həmin şəxslərin yaşları 65 olduqlarına görə işdən azad ediliblər.

“Nazirlik əmək qanunvericiliyinin tələblərinə həmişə ciddi formada əməl edir. Bildiyiniz kimi, əmək məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Bu yaşa çatan işçinin həmin müəssisədə çalışma müddətini müvafiq dövlət orqanının rəhbəri hər dəfə 1 ildən çox olmayaraq uzada bilər. Lakin bu, müəyyən hallar istisna olmaqla, 5 ildən çox davam edə bilməz”, - deyə qurum rəsmisi bildirdi.

Elman Babayev onu da əlavə edib ki, artıq çıxarılan şəxslərin yeni nümayəndələr də təyin olunub.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ