Bu gün Saatlı rayon sakini, 1954-cü il təvəllüdlü Ağakərim Səlimov güllə yarası ilə Şirvan şəhər xəstəxanasına gətirilib.
7news.Az APA-ya istinadən məlumatına görə, A. Səlimovun üzərində cərrahi əməliyyat aparılır.
Qeyd edək ki, Ağakərim Səlimov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşıdır.
----------
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşının güllə yarası alması faktı təsdiqlənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə qanunsuz ov hallarına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində baş verib.
Nazirliyin əməkdaşı yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
7news.Az








