Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı koronavirusdan vəfat edib.
7News.Az xəbər verir ki, Nazirliyin Nərimanov Rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşı 1990-cı il təvəllüd Oqtay Quliyev bir müddət əvvəl COVID-19 virusuna yoluxub.
Xəstəxanaya yerləşdirilməsinə və həkimlərin göstərdikləri bütün səylərə rəğmən nazirliyin gənc əməkdaşı koronavirusdan vəfat edib.
Məlumatı Oxu.Az-a FHN mətbuat xidmətindən təsdiq ediblər.
7News.Az








