RU
Nazirliyin kollegiyasının tərkibi təsdiqləndi
15:45
1203

Nazirliyin kollegiyasının tərkibi təsdiqləndi

Nazirlər Kabineti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibini təsdiq edib.

7News.Az-ın xəbərinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri 

Quluzadə Ramin Namiq oğlu - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Kollegiyanın üzvləri: 

Abdullayev Əli İzzət oğlu - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Məmmədov İltimas Əhməd oğlu - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini 

Vəlizadə Elmir Tofiq oğlu - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini

Məmmədov Rövşən Həmid oğlu - Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri

Məmmədov Tahir Nadir oğlu - Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri

Əsədov Elnar Tahir oğlu - Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru

"Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 iyun tarixli 115 nömrəli qərarı ləğv edilib.

Qərar imzalandığı gündən qüvvəyə minir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ