Məşhur basketbolçu Magic Johnson Enterprises adı altında yatırdığı sərmayələr sayəsində sərvətini artırıb.
7NEWS.az xəbər verir ki, Amerikanın biznes jurnalı "Forbes" "Sehrli" ləqəbli basketbolçu Ervin Consonun sərvətinin 1,2 milyard dollara çatdığını təxmin edib. Bu rəqəmlə milyarderlər siyahısına daxil olan aktyor siyahının dördüncü idmançısı kimi tarixə düşüb.
7NEWS.az








