Cənubi Koreyada fəaliyyət göstərən Milli Təhlükəsizlik Strategiyası İnstitutu dünya mətbuatına dəhşətli statistik məlumatlar açıqlayıb.
institutun hesablamalarına görə, Şimali Koreyada Kim Çen İnın rəhbərliyi dövründə, 2011-ci ildən bu günə qədər 340 nəfər edam edilib.
Şimali Koreya lideri Kim Çen İnın verdiyi göstəriş əsasında edam edilənlər arasında hökumətdə yer alan 140 yüksək rütbəli zabit, hərbçilər və hakim partiyanın üzvləri var.
Edam edilənlər arasında Kim Çen İnın qayını, Milli Müdafiə Şurasının sədr müavini Çan Sonq Taek də var.
Bir neçə gün əvvəl Kim Çen İn Yeni il bayramını qeyd etməyi qadağan edib. Kim koreyalılardan İsa Peyğəmbərə yox, ata nənəsinə sitayiş etməyi tələb edib.
Onun nənəsi Kim Çen Suk xristianların qeyd etdiyi Milad bayramı ərəfəsində anadan olub. Bu səbəbdən də xalq İsa Peyğəmbərə yox, Kimin nənəsinə sitayiş etməlidir.
Qeyd edək ki, Kimin nənəsi "İnqilabın müqəddəs anası" kimi tanınır./olke.az
7news.Az








