RU
Nə qədər partlamamış hərbi sursat və mina aşkarlanıb?
14:30
415

Nə qədər partlamamış hərbi sursat və mina aşkarlanıb?

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan 7News.Az-a verilən məlumata görə, mayın 3-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 23, tank əleyhinə 12 mina və 104 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 922 816 kvadratmetr (93 hektar) ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ