RU
Nəcməddin Sadıkov
13:17
2368

Nəcməddin Sadıkov

Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçikaya gedib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəbərə görə, N.Sadıkov NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşlərdə iştirak edəcək.

Görüş mayın 18-də keçiriləcək./azvision.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ