RU
Nəcməddin Sadıkov İsrailə yola düşüb
12:23
416

Nəcməddin Sadıkov İsrailə yola düşüb

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə oktyabrın 23-də Təl-Əviv şəhərinə yola düşüb.

Bu barədə 7News.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rəsmi səfər çərçivəsində general-polkovnik N.Sadıkovun İsrailin müdafiə naziri, Baş Qərargah rəisi və digər rəsmi şəxslərlə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ