RU
Nəcməddin Sadıxovun oğlu nazirin müşaviri oldu
22:40
7012

Nəcməddin Sadıxovun oğlu nazirin müşaviri oldu

Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıxovun oğlu yeni vəzifəyə gətirlib.

 Vergilər naziri Fazil Məmmədovun əmri ilə Məhəmməd Nəcməddin oğlu Sadıxov nazirin müşaviri təyin olunub.

Qeyd edək ki, Məmməd Sadıxov əvvəl Bakı Şəhər Vergilər Departamentinin rəis müavini vəzifəsində işləyib.

Xatırladaq ki, Nəcməddin Sadıxovun oğlu Məhəmməd Sadıxov bir müddət əvvəl medianın gündəminə polislə mübahisəsinə görə gəlmişdi. 10 NP 020 dövlət nömrə nişanlı “Range Rover”lə qaydanı pozan Məhəmməd Sadıxovu yol polisi Cavanşir Qasımov saxlasa da, onun polisi təhqir edərək hücum etməsi ilə bağlı məlumat yayılmışdı. Bu qalmaqal isə Cavanşiq Qasımovun işdən çıxarılması ilə nəticələnmişdi./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ