RU
Nəfəs aparatından eyni vaxtda ayrıldılar - Müəllim cütlük əl-ələ dünyadan köçdü - FOTO
16:10
537

Nəfəs aparatından eyni vaxtda ayrıldılar - Müəllim cütlük əl-ələ dünyadan köçdü - FOTO

Müəllimliklə məşğul olan evli cütlük eyni vaxtda əl-ələ dünyadan köçüblər.

7News.Az nypost-a istinadla bildirir ki, koronavirusa yoluxduğuna görə nəfəs almaqda çətinlik çəkdikləri üçün süni nəfəs aparatına qoşulan cütlüyü eyni vaxtda aparatdan ayırıblar. Onlar əl-ələ, eyni vaxtda dünyadan köçüblər.

61 yaşlı Paul Blackwell və 65 yaşlı xanımı Rose Mary Blackwell bazar günü Harris Methodist Hospital-da vəfat ediblər.

Paulun oğlu Kristofer CBS 11-ə açıqlamasında bildirib ki, bir neçə gün əvvəl reanimasiyaya yerləşdirilən valideynlərinin vəziyyətləri ağırlaşıb və onların həyatda qalması mümkünsüzləşib. Bu səbəbdən də onlar valideynlərinin nəfəs aparatından ayrılmaları barədə qərar qəbul ediblər.

"Eyni vaxtda onları aparatdan ayırdıq. Mən hələ belə dəhşətli mənzərəyə şahidlik etməmişdim. Onlar əl-ələ öldülər. Bu anları sözlə ifadə etmək mümkün deyil", - oğlu söyləyib.

Qeyd edək ki, onların ikisi də Texas ştatındakı məktəblərin birində müəllim işləyib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ