RU
Neft anbarında güclü yanğın: söndürmək mümkün olmur
16:42
1283

Neft anbarında güclü yanğın: söndürmək mümkün olmur

İranın Xuzistan vilayətinin Bəndər Mahşəhr şəhərində yerləşən neft emalı zavodunda üçüncü gündür güclü yanğın davam edir.

Fövqəladə hadisənin qarşısının alınması üzrə işlərin koordinasiyası üçün İranın neft naziri Bijən Namdar Zəngənə hadisə yerinə gəlib.

O, jurnalistlərə açıqlamasında yanğının təxribat nəticəsində yox, sırf texniki problemlər səbəbi ilə baş verdiyini bildirib.

Xatırladaq ki, çərşənbə günü gecə saatlarında neft məhsullarının qurğulardan birinə sızması nəticəsində yanğın baş verib. Sonradan alov neft anbarına keçib. Yanğınsöndürənlərin və xilasedicilərin üç gündür göstərdikləri səyə baxmayaraq, alovu söndürmək hələ də mümkün olmayıb. Yanğının çənlərdə bütün məhsullar yanıb qurtarana qədər davam edəcəyi ehtimal edilir./report

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ