RU
Neft Daşlarında dalğanın hündürlüyü üç metrə çatdı - FAKTİKİ HAVA
18:12
216

Neft Daşlarında dalğanın hündürlüyü üç metrə çatdı - FAKTİKİ HAVA

Ölkədə müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, noyabrın 10-u saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

 

Küləyin maksimal sürəti Gəncədə 24 m/s, Tovuz, Naftalanda 22 m/s, Nabran, Neftçala, Xaçmazda 20 m/s, Bakıda 32 m/s, Maştağada 28 m/s, Pirallahı, Qum adasında 25 m/s, Neft Daşları, Binədə 24 m/s, Sumqayıtda 23 m/s, Çilov adasında 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən isə dalğanın hündürlüyü üç metrə çatıb.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ