RU
Neft Fondu 1,5 milyard dollar qazanıb
13:36
983

Neft Fondu 1,5 milyard dollar qazanıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2016-cı ilin mayın 1-ə əldə edilən gəlirlərini açıqlayıb.

Fonddan verilən məlumata görə, hesabat dövründə AÇQ yataqları üzrə Fond 1 493 mln. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 45 mln. ABŞ dolları həcmində gəlir əldə edib.

Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.05.2016 tarixinə qədər AÇQ yataqlar bloku üzrə 118,502 mlrd. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2,488 mlrd. ABŞ dolları həcmində gəlir əldə olunub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ