RU
Neft Fondu bu il AÇQ və Şahdənizdən nə qədər gəlir əldə edib? - RƏSMİ
16:06
271

Neft Fondu bu il AÇQ və Şahdənizdən nə qədər gəlir əldə edib? - RƏSMİ

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2021-ci ilin yanvar-aprel ayları ərzində "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqları üzrə ümumi 1 milyard 479,4 milyon ABŞ dollarına yaxın gəlir əldə edib.

 

Dövlət Neft Fondundan 7News.Az-a verilən məlumata əsasən, "Azəri-Çıraq-Günəşli” yatağından   1 milyard 437 milyon dollar həcmində gəlir əldə edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21 faiz azdır.

Həmçinin, yanvar-aprel ayları ərzində "Şahdəniz” qaz və kondensat yatağından əldə edilən gəlirin ümumi həcmi 42,4 milyon ABŞ dolları olub və ötən ilin ilk dörd ayı ilə müqayisədə 4 dəfə azalıb. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ