RU
Neft Fondu pulları əmlaka yatıracaq imkanları araşdırır
23:30
665

Neft Fondu pulları əmlaka yatıracaq imkanları araşdırır

2016-cı ildə London və Moskva kimi daşınmaz əmlak bazarlarında geriləmənin olmasına baxmayaraq Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) yatırım etdiyi digər bazarlarda müsbət inkişaf dinamikası müşahidə olunub. Bunları nəzərə alaraq, Neft Fondunun daşınmaz əmlaka yatırdığı investisiyaların özünü doğrultduğunu deyə bilərik.

7news.Az xəbər verir ki, bu sözləri Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov APA-ya müsahibəsində deyib. 

Ş.Mövsümovun sözlərinə görə, Neft Fondu öz daşınmaz əmlak investisiyalarında uzunmüddətli gəlirlilik göstəricilərini əsas götürür ki, bu baxımdan da hazırkı uzunmüddətli gəlirlilik göstəricisi 6-8% civarında proqnozlaşdırılır.

"Neft Fondu daim perspektivli, şəffaf bazar mühitinə malik olan, investisiyalar üçün cəlbedici və risklər nəzərə alınmaqla münasib gəlirlilik vəd edən Amerika Birləşmiş Ştatları, Avropa, Asiya və Sakit Okean Hövzəsi bazarlarında daşınmaz əmlak investisiya imkanlarının araşdırır. 

Gələcəkdə də investisiya baxımından cəlbedici olan daşınmaz əmlak aktivlərinə və fondlarına yatırım ediləcək”, - deyə o əlavə edib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ