RU
Neft kəməri partladıldı
17:49
1295

Neft kəməri partladıldı

Nigeriyada "Shell" şirkətinin neft kəmərində partlayış baş verib.

7News.az bildirir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, partlayış Niger çayının deltasında baş verib. Partlayışı üsyançılar törədib.

Qeyd edək ki, bu ilin fevral ayından Nigeriyada separatçı qruplaşma ölkənin cənubundakı infrastruktur obyektlərində baş verən partlayışlara görə məsuliyyəti üzərinə götürüb. Yerli şirkətlərlə yanaşı, "Shell", "Chevron", "Exxon" və "Eni" kimi böyük şirkətlər də qruplaşmanın hədəfinə çevrilib./report

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ