RU
Neft niyə bahalaşır?
13:16
713

Neft niyə bahalaşır?

“Biz çox maraqlı bir dövrə qədəm qoyuruq”.

Neftin qiymətində artımın müşahidə edilməsi Rusiya faktoru ilə bağlıdır. Belə ki, Rusiyanın energetika naziri Aleksandr Novak bəyan edib ki, biz hasilatı azaltmaq üçün Səudiyyə Ərəbistanı ilə görüş keçirmək niyyətindəyik. Fevral ayında isə OPEK və qeyri-OPEK ölkələrinin iştirakı ilə toplantı keçiriləcək. 

Bu barədə Oxu.Az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. 

“Bundan öncə isə Səudiyyə Ərəbistanı qeyd etmişdi ki, neft hasilatının azaldılmasına ehtiyac var. Məhz bu faktor neftin qiymətini 30 dollardan 36 dollaradək bahalaşdırdı. Amma bununla belə, biz yenidən qiymətlərdə azalma müşahidə edirik.

Bu gün Brent markalı neftin bir bareli 34 dollara satılır”, - deyə o qeyd edib.

İstənilən halda, qiymətlər kifayət qədər artdı. Bu gün isə çox güman ki, neftin qiyməti düşəcək”, - deyə İ.Şaban açıqlamasında qeyd edib. 

Mütəxəssis qiymətlərin düşmə ehtimalının səbəbini də açıqlayıb:

“Belə ki, Bloomberg agentliyi OPEK-dəki 4 mənbə ilə müxtəlif danışıqlar aparıb. Onların hamısı isə bu informasiyanı təkzib ediblər ki, Rusiya bizim ilə heç bir razılığa gəlməyib, hətta bu haqda danışıqlara belə başlanılmayıb. 

Mərkəzin rəhbəri onu da vurğulayıb ki, bu gün bazarda qiymətlərə tələb və təklif deyil, bəyanatlar təsir edir: 

“Biz çox maraqlı bir dövrə qədəm qoyuruq. Neftin qiymətləri sınıq xətlə qalxıb, enir. Bu isə bazardakı tələb və təklif əsasında deyil, bəyanatlar əsasında dəyişir”. 

Mütəxəssis “Fitch” Beynəlxalq Reytinq Agentliyinin açıqladığı proqnoza da münasibət bildirib:

“Agentlik 2016-cı il ərzində neftin qiymətinin 45 dollar olacağını deyibsə, bu çox optimist bir rəqəmdir. Hələki qiymətlər 45 dollar olmadığı üçün heç bir pozitivlik görünmür. Çünki neftin qiyməti əgər 2-ci rübdən başlayaraq, 40 dollar diapozununu keçməsə, 3-cü rübdən sonra isə 50 dollardan yuxarı olmasa, neftin orta qiyməti cari il üçün 41 dollar səviyyəsini keçmir. Çünki birinci rüb üçün neftin orta qiyməti təqribən 32-33 dollar civarında proqnozlaşdırılır. Bu isə çox aşağı səviyyədir. Əgər ötən illə müqayisə etsək bu rəqəm birinci rübdə 49 dollar olub”.

Xatırladaq ki, dünən Brent markalı neftin qiymətləri 36 dolları keçərək, 36,2 dollar təşkil edib. 

Qeyd edək ki, bundan öncə OPEK sədri Abdulla Əl-Bədri bazarda hasilatın azaldılması ilə bağlı bu açıqlamanı vermişdi:

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ