RU
Neft qiymətləri 2 həftəlik minimuma endi - SƏBƏB
10:10
273

Neft qiymətləri 2 həftəlik minimuma endi - SƏBƏB

Dünya birjalarında neft qiymətləri sürətlə ucuzlaşaraq 2 həftəlik minimuma enib.

Buna səbəb Şanxayda uzun müddət davam edən COVID-19 məhdudlaşmaları və ABŞ-ın potensial faiz artımlarının qlobal iqtisadi artıma və yanacaq tələbinə zərər verəcəyinə dair yaranan narahatlıqlar olub. 

"Brent" markalı neft fyuçersləri 3,15 dollar və ya 3% ucuzlaşaraq bareli 103,50 dollar olub. Sessiyanın əvvəlində isə 103,41 dollara enib ki, bu da aprelin 12-dən bəri ən aşağı səviyyədir.

ABŞ-ın Qərbi Texas (WTI) xam neftinin fyuçersləri 3,01 dollar və ya 3,0% ucuzlaşaraq, bir barel üçün 99,06 dollara enib və aprelin 12-dən bəri ən aşağı səviyyə olan 98,93 dollara düşüb.

Qeyd edək ki, ötən həftə tələblə bağlı narahatlıqlarına görə neft fyuçersləri təqribən 5% dəyər itirmişdi.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ