RU
Neftçala icra hakimiyyətindən şəhidin həyat yoldaşına
14:32
14985

Neftçala icra hakimiyyətindən şəhidin həyat yoldaşına

Son aylar 7News.az saytına Neftçala rayon icra başçısı İsmayıl Vəliyevdən ardı-arası kəsilməyən şikayətlər daxil olmaqdadır. Bir müddət əvvəl Neftçala rayon sakini Zakir Fərziyev rayonun icra başçısından şikayətçi düşmüşdü. O videomüraciətində icra başçısı İsmayıl Vəliyev onun qardaşı Məhəmməd Fərziyevin onun bazarına göz dikdiyini deyirdi. Daha sonra mediada “Neftçala icra başçısının mənimsədiyi MİLYONLAR” başlığı ilə konkret faktlarla dolu statistik təhlil paylaşıldı.

İndi təqdim edəcəyimiz şikayət isə daha ağır və daha təsirlidir. Belə ki, rayon sakini, şəhid arvadı Ağayeva Rəna Prezidentə müraciət etmək qərarına gəlib. Müraciətdə deyilir ki, Ağayeva Rəna həyat yoldaşı və övladını itirib. Primitiv məişət şəraiti olmayan evdə yaşamaq məcburiyyətindədir. Bu barədə lazımı qurumlara şikayət etdiyini deyən R.Ağayeva icra hakimiyyətində təzyiqlə üzləşib. Belə ki, ona “bir daha buralara hərlənmə” komandası verilib. Xatırladaq ki, məktuba həm də icra başçısına aid olduğu deyilən mülklərin də fotosu əlavə edilib. İcra hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da cəhdlərimiz uğursuz oldu.

Qarşı tərəfi dinləməyə hazırıq.

7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ