İntihar hadisəsi rayonun Birinci Qaralı kəndi ərazisində qeydə alınıb.
Neftçala rayonunda intihar hadisəsi baş verib.
7news.Az APA-ya istinadən xəbər verir ki, rayonunun Birinci Qaralı kənd sakini 1997-ci il təvəllüdlü Məmmədova Şəfa Şakir qızı özünü Kür çayınaataraq həyatına son qoyub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri qızın meyitini axtarırlar.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.
7news.Az








