RU
Neftçalada ağır qəza: Ölən var
12:20
390

Neftçalada ağır qəza: Ölən var

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

7news.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Şirvanlı kəndi ərazisində qeydə alınıb.

Neftçala sakini Elxan Dadaşov idarə etdiyi "Pajero” markalı avtomobillə hərəkətdə olarkən naməlum səbəbdən idarəetməni itirib və avtomobil yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü ağır xəsarət alıb. Nəqliyyat vasitəsində olan rayon sakini Rəşid Əsgərov aldığı zərbədən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ