RU
Neftçalada DƏHŞƏT: Yanmış kişi meyiti aşkarlandı
12:00
59

Neftçalada DƏHŞƏT: Yanmış kişi meyiti aşkarlandı

Neftçalada yanan ev söndürüldükdən sonra kişi meyiti aşkarlanıb.

Hadisə bu gün gecə saatlarında Bankə qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbədə fərdi yaşayış evlərin birində yanğın başlayıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsi tərəfindən yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb.

Evə baxış zamanı yanmış kişi meyiti aşkarlanıb. Meyit müayinə olunması üçün məhkəmə tibbi-ekspertizaya göndərilib.

Hazırda meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ