RU
Neftçalada narkokuryerlikdə təqsirləndirilən şəxs həbs edilib
10:30
43

Neftçalada narkokuryerlikdə təqsirləndirilən şəxs həbs edilib

Neftçala rayonunda narkokuryerlikdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Cəbrayılov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Bildirilib ki, ondan 9 kiloqramdan artıq heroin və marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı E.Cəbrayılov pul müqabilində narkokuryerlik etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, E.Cəbrayılov barəsində həbs qətimkan təbiri seçilib.

Araşdırmalar davam etdirilir.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ