RU
Neftçalada şəhid ailələrinə ev verildi - FOTOLAR
15:21
481

Neftçalada şəhid ailələrinə ev verildi - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Neftçala rayonunda inşa etdirilmiş 10 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. 

7News.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev bildirib ki, bu il nazirlik tərəfindən Azərbaycanın 30 rayonunda 134 fərdi yaşayış evi, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilən 64 mənzil, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilməklə, 252 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub.

Fondun direktoru hər bir istifadəyə verilən mənzildə normal yaşayış üçün müasir tələblərə uyğun şərait yaradıldığını diqqətə çatdırıb. Digər çıxış edənlər ölkəmizdə aparılan sosial siyasətin hər bir vətəndaşın, xüsusən sosial cəhətdən həssas qruplara aid şəxslərin həyat səviyyəsinin yaxşılaşmasına xidmət etdiyini vurğulayıblar. Onlar müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin olunmalarını bunun daha bir əyani təsdiqi kimi dəyərləndirib, belə tədbirlərin cəmiyyətdə rəğbətlə qarşılandığını bildiriblər.  

İstifadəyə verilən 10 ədəd fərdi yaşayış evindən 6 ədədi Qarabağ müharibəsi əlillərinə, 4 ədədi isə şəhid ailələrinə təqdim edilib.

7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ