Neftçala rayonunda yaşayış evi yanıb.
7News.Az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, aprelin 14-də saat 16 radələrində Nefçala rayonunun Xolqarabucaq kəndində yaşayan Ədalət Ələkbərovun evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan Ə.Ələkbərovun arvadı Nərgiz xəstəxanaya yerləşdirilib.








