Bakının “Neftçi” klubu Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə Maltanın “Baltsan” komandasının qonağı olub.
“Hibernians” stadionunda keçirilən oyun “flaqman”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 14-cü dəqiqədə Rəhman Hacıyev açıb. 84-cü dəqiqədə Ruslan Qurbanov penalti zərbəsini dəqiq yerinə yetirərək Azərbaycan təmsilçisinin üstünlüyünü iki topa çatdırıb.
Qeyd edək ki, cavab oyunu iyulun 7-də Bakıda keçiriləcək.








