"Neftçi" futbol klubu Braziliyadan yeni futbolçu transfer edib.
Braziliyalı futbolçu Jairo Rodriges Filyo axşam saatlarında Bakıya gəlib.
Müdafiəçi bu gün komandanın səhər məşqində iştirak edib. Məşqçilər heyətinin müsbət rəy verəcəyi təqdirdə "Neftçi" futbolçu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, 31 dekabr, 1992-ci ildə Braziliyada dünyaya göz açmış Jairo Rodriges Filyo bunadək Braziliyanın "Amerika" (2011-2012), Bolqarıstanın "Botev" (2012-2014) və Portuqaliyanın "Trofense" (2014-2015) klublarında çıxış edib.
7news.az










