RU
“Neftçi” Elnur Məmmədovu və Vəli Qasımovu istefaya göndərdi
13:50
460

“Neftçi” Elnur Məmmədovu və Vəli Qasımovu istefaya göndərdi

"Neftçi” uğursuz nəticələrdən sonra bir neçə nəfəri istefaya göndərib.

7News.Az xəbər verir ki, Müşahidə Şurasının iclasından sonra aşağıdakı qərarlar qəbul edilib.

- Vəli Qasımov "A” komandanın baş məşqçisi vəzifəsindən azad edilsin;

- Elnur Məmmədov klubun icraçı direktoru vəzifəsindən azad edilsin;

- Mübariz Xudiyev klubun icraçı direktorunun idman məsələləri üzrə müavini vəzifəsindən azad edilsin;

- İcraçı direktorun idman məsələləri üzrə müavini vəzifəsi klubun struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edilsin. "Neftçi” PFK yuxarıda adları sadalanan şəxslərə klubdakı fəaliyyətinə görə təşəkkürünü bildirir və onlara gələcək karyeralarında uğurlar arzulayır. Yeni təyinatlarla bağlı məlumat yaxın zamanda elan olunacaq. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ