RU
19:50
544

"Neftçi" və "İnter"dən inamlı qələbə

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalında üç oyun başa çatıb.

"Neftçi" səfərdə "Zirə" ilə münasibətlərinə aydınlıq gətirib. Oyun qonaqların üstünlüyü şəraitində keçib. "Ağ-qaralar"ın heyətində Jonas Pesalli het-trik edib. Nəticədə "Neftçi" 3:0 hesablı qələbə qazanıb.

"İnter" isə doğma azarkeşlər önündə Gəncənin "Kəpəz" klubu ilə qarşılaşıb. Əyalət təmsilçisi bu görüşdə məğlub tərəf olub. Paytaxt klubunda Rauf Əliyev və Nizami Hacıyev fərqlənib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qəbələ” – AZAL oyunu isə daha əvvəl başa çatıb. Bu oyunda əyalət təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ