"Günəşli" platformasında baş verən faciə ilə bağlı növbəti dəfə mətbuat konfransı keçirilir.
Əməkdaşlarımızın verdiyi "Yaralanan və itkin düşən neftçilərin ailəsinə yardım ediləcəkmi?" sualına cavab verən Xaliq Məmmədov deyib ki, "SOCAR-ın vitse prezidenti Bədəl Bədəlovun rəhbərliyi ilə şirkətin bütün idarələrində komissiya yaradılıb və neftçilərin ailəsinə yardım edilməsi ilə bağlı işlər görülür. Cənab prezidentin də bununla bağlı göstərişi var. SOCAR rəhbərliyi tərəfindən də yardım ediləcək".
7news.az








