"Azneft" İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
"Azneft" İB-dən verilən məlumata görə, axtarış-xilasetmə əməliyyatlarında hər bir qurum yüksək səy göstərməkdədirlər. Bunlar içərisində, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları da axtarış-xilasetmə əməliyyatlarında var gücləriylə iştirak edirlər.
Qeyd etmək istərdik ki, "Azneft" İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərovun rəhbərlik etdiyi işçi qrupu da axtarış-xilasetmə əməliyyatlarını yaxından izləmək məqsədilə hadisə yerindədir.
Sözügedən axtarış-xilasetmə əməliyyatları ilə səhifə izləyicilərimizin yaxından tanış olması üçün 18.12.2016-ci il tarixində həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatların görüntüləri təqdim olunur.//publika.az
7News.az
















