“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Axtarışların dayandırılması ilə iddialar əsassızdır. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 1 gəmisi axtarışlar aparır.
Bu barədə 7News.Az-a “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.
Qurumdan bildirilib ki, axtarışların dayandırılması hazırda müzakirə mövzusu deyil.
“Son günlər axtarışlar nəticə verir. Bu baxımdan axtarışların dayandırılması gözlənilmir. Əsasən Türkmənistan istiqamətində axtarışlar gücləndirilib`.
Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və yanğının söndürülməsi ilə bağlı iş aparılır.








