RU
14:57
700

"Neftçi"nin futbolçusu məşqçisini söydü

"Neftçi"nin futbolçusu Tural Osmanov cəzalanıb.

7News.az xəbər verir ki, buna klubun U-19 komandasının üzvünün baş məşqçisini təhqir etməsi səbəb olub.
 
Bu hadisə  U-19 Liqasında keçirilən "İnter" - "Neftçi" matçında yaşanıb. O, çalışdırıcısını təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. AFFA-nın bu gün keçirilən İntizam Komitəsi Turala 4 oyunluq cəza verib.
 
U-19 Liqasının AZAL - "Sumqayıt" matçında qonaqların oyunçusu Vüsal Buludlu hakimi  təhqir edib ki, bu üzdən də 3 oyun cəzalanır.
 
"Səbail"lə matçda texniki zona qaydalarını pozan "Zirə"nin baş məşqçisi Aqil Nəbiyev 1 turluq kənarlaşdırılıb.//apasport

7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ