RU
“Neftçi”nin saxlanılan azarkeşi sərbəst buraxıldı
09:36
563

“Neftçi”nin saxlanılan azarkeşi sərbəst buraxıldı

Xəbər verdiyimiz kimi, "Neftçi" - "Qarabağ" (0:2) oyununda meydana daxil olan ev sahibi komandanın azarkeşi Nurlan Əzizli polislər tərəfindən saxlanılmışdı.

7News.Az xəbər verir ki, bölməyə aparılan azarkeş artıq sərbəst buraxılıb. 

"Ağ-qaralar”ın azarkeşləri ilə yanaşı, "Neftçi" rəsmiləri də polis bölməsinə baş çəkiblər. Nəticədə bir neçə saat ərzində bölmədə saxlanılan Nurlan Əzizli gecə saat 01:30 radələrində sərbəst buraxılıb.

Qeyd edək ki, Nurlan Əzizli ötən mövsüm "İnter" - "Neftçi" oyununda "ağ-qaralar"ın kapitanı Araz Abdullayevdə qalmaqallı anlar yaşadığına və stadiona girdiyinə görə saxlanılmışdı.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ