RU
Neftimizin qiyməti 50 dolları ötdü - YENİLƏNİB
12:56
448

Neftimizin qiyməti 50 dolları ötdü - YENİLƏNİB

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 8-də 50,51 dollar/barel təşkil edib ki, bu da sentyabrın 7-nə olan göstəricidən 50,51 dollar/barel çoxdur. Bunu ölkənin neft-qaz bazarındakı mənbə deyib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 8-də 49,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,46 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 8-də 46,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,38 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti sentyabrın 8-də 49,32 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,52 dollar/barel çoxdur./trend

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ