Hərracların gedişi.
Bu gün Bakı vaxtı ilə saat 10 radələri üçün neftin qiymətində kəskin ucuzlaşma qeydə alınıb.
7News.Az Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,74 dollar və ya 2,35% ucuzlaşaraq 30,81 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarın 12-də keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,67 dollar və ya 2,13% azalaraq 30,74 dollar təşkil edib.
08:47
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,39 dollar və ya 1,27% ucuzlaşaraq 31,16 dollar olub.
7News.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarın 12-də keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,43 dollar və ya 1,37% azalaraq 30,98 dollar təşkil edib.








