RU
Neftin qiyməti 31 dolları ötdü
16:15
816

Neftin qiyməti 31 dolları ötdü

Hərracların gedişi.

Dünya bazarlarında "qara qızıl" sürətlə bahalaşmağa davam edir.

7News.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-a olan məlumatlara görə, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,95 dollar və ya 6,67% bahalaşaraq 31,20 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 1,57 dollar və ya 5,32% artaraq 31,10 dollar təşkil edib.

10:23

Dünya bazarlarında neftin qiyməti bahalaşmağa davam edir.

7News.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 10:20-yə olan məlumatlara görə, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,01 dollar və ya 3,45% bahalaşaraq 30,26 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarın 22-də keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,92 dollar və ya 3,12% artaraq 30,45 dollar təşkil edib.

09:02

London və Nyu-York birjalarında elektron ticarət əməliyyatlarının gedişində neftin qiyməti artmaqda davam edir.

Bu barədə 7News.Az Bloomberg-ə istinadən xəbər verir. 

ICE London qitələrarası birjasında Brent markalı neftin mart fyuçeslərinin qiyməti 0,26 dollar və ya 0,89% bahalaşaraq bir barelə görə 29,51 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar və ya 0,21% artaraq 29,74 dollar təşkil edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ