Kəskin ucuzlaşma davam edir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti Bakı vaxtı ilə saat 11:30 üçün 1,27 dollar və ya 3,71% ucuzlaşaraq 32,96 dollar olub.
7News.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarın 7-də keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,25 dollar və ya 3,68% azalaraq 32,72 dollar təşkil edib.
09:29
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,85 dollar və ya 2,48% ucuzlaşaraq 33,38 dollar olub.
7News.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarən 7-də keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,81 dollar və ya 2,38% azalaraq 33,16 dollar təşkil edib.
00:30
Neftin qiyməti tarixi minimumu yeniləməyə davam edir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,22 dollar və ya 6,10% ucuzlaşaraq 34,20 dollar olub (Bakı vaxtı ilə 7 yanvar saat 00:30-yə olan məlumat).
7News.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,07 dollar və ya 5,75% azalaraq 33,90 dollar təşkil edib.
Qeyd edək ki, sonucu dəfə neftin qiyməti bir barel üçün 34 dollar 11 il əvvəl olub.








