RU
Neftin qiyməti 49 dollara düşdü
18:32
1043

Neftin qiyməti 49 dollara düşdü

Bu gün səhərdən etibarən Nigeriyada hasilatın artması ilə bağlı xəbərlər fonunda dünya birjalarında neftin qiyməti sürətlə ucuzlaşır.
 
Dünya birjalarında Brent markalı neftin avqust fyuçersinin 1 barreli 49,02 dollara satılıb.
 
Bu göstərici bu gün səhər birjalar açılarkən qeydə alınmış rəqəmdən 1,08 dollar, yaxud 2,16% azdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ