RU
Neftin qiyməti 57 dolları keçdi – Yeni rekord
11:54
497

Neftin qiyməti 57 dolları keçdi – Yeni rekord

"Brent" markalı neftin qiyməti 21 iyul 2015-ci il tarixindən bu yana ilk dəfə olaraq bir barelə görə 57 dolları ötüb.

 

7News.Az xəbər verir ki, bunu hərracların nəticələri göstərir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,39 dollar artaraq 53,89 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1 barelə görə 2,31 artaraq 57,02 dollar olub.

Dekabrın 10-da Vyanada OPEC-ə daxil olmayan neft istehsalçısı ölkələrinin görüşü keçirilib. Görüşdə 12 dövlət iştirak edib. Sonda 11 ölkə tərəfindən 2017-ci ilin yanvarından etibarən neft hasilatının ümumilikdə sutkada 558 min barel azaldılması barədə saziş imzalanıb. Azərbaycan neft hasilatını sutkada 35 min barel azaltmağa razılıq verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ