RU
Neftin qiyməti 75 dolları keçdi - Yeddi ay sonra ilk dəfə
12:48
276

Neftin qiyməti 75 dolları keçdi - Yeddi ay sonra ilk dəfə

2018-ci ilin oktyabrından sonra ilk dəfə olaraq "Brent” markalı neftin qiyməti bir barel üçün 75 dollar həddinə çatıb. 

7News.Az-ın məlumatına görə, buna ABŞ-ın İran və Venesuelaya qarşı sanksiyalarının səbəb olduğu bildirilib. 

Bildirilib ki, "Brent” markalı neftin hazırda iyun ayına olan tədarük qiyməti 75,01 dollardır.

WTI markalı neftin iyun ayına olan tədarük qiyməti də 0,08% artaraq, 65,94 dollar olub. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ