RU
Neftin qiyməti bahalaşır
14:31
1436

Neftin qiyməti bahalaşır

Analitiklər bildirir ki, Qərbi Texas neftinin (WTI) qiyməti çox güman ki, 45 dollara qədər yüksələcək.

Dünya bazarlarında neftin qiyməti artıb.

Bu barədə 7News.Az hərracların son nəticələrinə istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 09:00 olan məlumata əsasən, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,47% artaraq bir barelə görə 44,48 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,53% bahalaşaraq 42,02 dollar təşkil edib.

Melbourne İG Ltd.-nın bazar araşdırmaçısı Evan Lucas: “Qərbi Texas neftinin (WTI) qiyməti çox güman ki, 45 dollara qədər yüksələcək. ABŞ-dan gələn tələb olduqca yaxşıdır. Əgər qiymətlərdə dalğalanma olarsa, bu makrorisklər və geosiyası səbəblərdən dolayı olacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ