RU
Neftin qiyməti necə olacaq - İqtisadçıdan proqnoz
16:40
652

Neftin qiyməti necə olacaq - İqtisadçıdan proqnoz

Martın 21-də ABŞ hökuməti Meksika körfəzinin sahil zolağında minlərlə hektar ərazinin icarəyə verilməsi üçün açıq hərraclar təşkil edəcək. Məhz yeni ərazilər neft-qaz hasilatı üçün nəhəng meydançaya çevrilə bilər. Əslində, bu addım ABŞ prezidenti Donald Trampın "Amerikanı yenidən dünyanın enerji nəhəngi etmək” planının tərkib hissəsidir. Yaxın aylarda dolların bahalanması ilə bağlı gözləntiləri də nəzərə alsaq, "qara qızıl”ın "qara günləri” yenidən təkrarlana bilərmi?

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, ABŞ dünyada ən çox neft hasil edən ölkələrdəndir: "Nəzərə alsaq ki, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ dünyada neft hasilatına görə aparıcı ölkələrdir. Hazırda ABŞ Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) üzvü deyil. Ona görə də ABŞ neft hasilatın məhdudlaşdırılması ilə bağlı OPEC qarşısında hansısa öhdəliyi yoxdur. Nəticədə bu da onun bazara təsir imkanlarını qoruyub saxlamasına şərait yaradır”.
 
Vüqar Bayramovun sözlərinə görə, ABŞ-da həm xam neft, həm də şist nefti istehsal olunur: "Nəticə etibarı ilə ABŞ hasilatı artırmaqla bazarda qiymətlərə təsir etmək imkanına malikdir. Əgər ABŞ Meksika körfəzində neft hasilatının artırılmasına nail olarsa, bu zaman bazara daha çox neftin çıxarılması təmin oluna bilər. Bu zaman neftin qiymətində azalma baş verə bilər. Nəzərə alsaq ki, ABŞ-ın özü belə ən böyük neft idxal edən ölkələrdəndi. ABŞ-da idxalın azalması bazara birbaşa təsir göstərir”.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ