Mayın 17-də Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 2014-cü ilin noyabrın 25-dən ilk dəfə 80 dolları keçib.
7news.Az bu barədə hərracların son nəticələrinə istinadən məlumat verir.
Bundan əvvəl Bank of America analitikləri bəyan ediblər ki, 2019-cu ildə neftin bir barelinin qiyməti 100 dollara çata bilər.
Qara qızılın qiymətindəki artımı ekspertlər İran və Venesueladan neftin ixracının dayandırılması riski, həmçinin dünya neft ehtiyatlarının azalması ilə əlaqələndirirlər.
7news.Az








