RU
Neftin qiyməti ucuzlaşmaqda davam edir
17:13
40

Neftin qiyməti ucuzlaşmaqda davam edir


7NEWS.az xəbər verir ki, Neft qiymətləri Çində tələbin zəifləməsi ilə bağlı narahatlıqlar səbəbindən enməkdə davam edir. ICE birjasında Brent markalı neftin fyuçersləri 54 sent və ya 0,66% ucuzlaşaraq barreli 81,54 dollara, ABŞ-ın Qərbi Texas nefti isə 57 sent və ya 0,73% ucuzlaşaraq NYMEX birjasında 77,44 dollara düşüb. Ötən həftə Brent 1,8%, West Texas Intermediate isə 2,5% ucuzlaşıb. NS Trading-in prezidenti Hiroyuki Kikukava, ABŞ-ın məşğulluq məlumatlarından gələn qarışıq siqnalların bəzi treyderləri mövqelərini tənzimləməyə sövq etdiyini əlavə edərək, "Çində zəif tələblə bağlı narahatlıqlar OPEC+ tərəfindən tədarükün azaldılması müddətinin uzadılmasından üstün oldu" dedi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ