Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.
Bu barədə 7News.Az xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,28% azalaraq 47,11 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28% ucuzlaşaraq 45,93 dollar təşkil edib.








