RU
Neftin qiymətində rekord bahalaşma
10:22
454

Neftin qiymətində rekord bahalaşma

OPEK ölkələrinin Vyanada keçirilən sammitində tərəflərin neft hasilatını sutkalıq 1,2 milyon barel azaldaraq 32,5 milyon barel səviyyəsində dondurmaq barədə qərarından sonar qara qızılın qiyməti kəskin artıb.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI” neftinin qiyməti 1 barelə görə 0,62 dollar artaraq 51,68 dollar təşkil edib.

"ICE London” qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,52 dollar artaraq 54,46 dollar olub.

Bu fonda investorlar ABŞ-da olan "Baker Hughes” Amerika neft-qaz servis şirkətinin qazma qurğularının sayının artmasına dair məlumatlara məhəl qoymayıb. "Baker Hughes” məlumatına görə, dekabrın 2-də qurğuların sayı 4 ədəd azalaraq 597-yə enib. İllik ifadədə üçün ümumi göstəricidən 140 ədəd və ya 19% azalıb.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ